Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

8 дек. 2020 г.

Koronavirus - Üçüncü Dünya Müharibəsini kimlər və nə məqsədlə başlatdı?

 


- İnsanları öldürən həqiqətənmi koronavirusdur?

 - Şişirdilmiş pandemiyanın səbəbi nədir, bu gedişat kimlərə sərf edir?

 - Üçüncü Dünya Müharibəsindən kimlər sağ çıxacaq?

 - Yeni dünyada kimlərin yaşamaq haqqı var?

 - “Nuhun gəmi”sinə minmək üçün nə etməliyik?

 

Koronavirusun cücərdiyi ilk günlərdən bu günə qədər virus haqqında bir-birini təkzib edən 10-larla informasiya yayıldı. Aydın məntiq kifayət edir ki, elə bu informasiyaları tutuşdurub burada böyük bir fırıldağın olduğu anlasın. Məsələn, öncə çindən yayıldığı deyilən videolarda insanlar küçədə getdiyi yerdə, ofisdə oturduğu yerdə ilan çalmış kimi qıvrılıb ölürdü.

Sonra qeyd olundu ki, koronavirus da elə bütün qrip viruslarının göstəricilərinə məxsusdur. Bu virusdan kimsə quyruq, buynuz çıxarmır. Əvvəlcə dedilər ki, yoluxduğun virus burnunu axıdırsa, demək korona deyil, ardınca dedilər ki, yox, hər orqanizmə bir cür təsir edir.

Hətta deyirlər ki, bu virusu hiss etmədən də keçirə bilərsiz. Belə bir məzəli informasiya...

Bütün xəstəliklərin ən sərrast vaksini həmin xəstəliyə yoluxub sağalmaq və bu virusa qarşı immunitet qazanmaqdır, ancaq dedilər ki, koronavirusa təkrar yoluxma da mümkündür. Yaxşı, əgər belədirsə, dediyiniz - gözlənilən vaksin nəyə lazımdır? Təkrar yoluxma mümkündürsə, vaksin nəyimizə lazımdır?

Öncə qeyd olunurdu ki, “tibbi maska” adlandırılan bez parçasının qoruma funksiyası sıfra bərabərdir. (Hətta bu açıqlamanı bu gün bir əsgər kimi bütün ölkələrin qarşısında farağat durduğu ÜST vermişdi, ardınca deyildi ki, yox, hamı bir nəfər kimi maskadan istifadə etməlidir).

Bu mətndə xüsusi kateqoriyalaşdırılmamamış, individual baxış məhsulu olan bir sıra araşdırma, fakt, rəy və müşahidələr toplanıb.

Diqqətlə nəzər yetirəndə görərik ki, bir qayda olaraq, virusdan qorunma qaydalarının heç birində ən ümdə məqamlar qeyd olunmur. Lazım olduğu göstərilən bütün detallar dərman şirkətlərinin cibinə, əməl olunmalı bütün qaydalar isə orqanizmə yox idarətmə sturukturlarının işinin rəvanlığına hesablanıb.

- Məsələn, xüsusi tapşırıq almayan, bu oyunun içində olmayan və laboratoriyanın yetirməsi olmayan sadə həkimlər, ağsaqqal ekspertlər istisna olmayaraq bütün həkimlər və robotlaşmış “ekspertlər” çin gəlincikləri kimi eyni informasiyanı təkrarlayırlar. Onların heç biri virusa qarşı atılacaq ən ümdə addımın, sağlam qidalanmanın vacibliyini dillərinə də gətirmirlər. Çünki bu kimi ekspertlərin fərdi qənaətləri, öyərndiyi ümumi bilginin lazımi yerə istiqamətləndirmək kimi bacarıqları yoxdur. Özündən əvvəl həmkarları tərəfindən qurulan bir rəvan cümlənin təkrarçılarıdır.

- Tutuquşu ekspertlərin virusa qarşı təkrarladığı vasitələr yalnız dərman pereparatlarının adı, tibbi maska, spirt bir də karantin qaydalarına əməl etməklə bağlıdır. Heç biri dərman pereparatlarındansa, təbii vasitələrə üstünlük vermək, tərkibində C vitamini olan meyvələrdən istiadə etmək, bədənin maye kütləsini artırmaq barədə danışmır. Halbuki insan xəstələnmədən əvvəl orqanizmini maye ilə yetərincə təmin etsə, viruslara qarşı ən lazımı atmış olur.  

- Yay boyu insanları çimərliklərdən, parklardan, günəşin altından çəkib qapalı evlərinə salan qurumlar bir kərə də olsun, yayda otaqları kondisionerlə ifrat dərəcədə soyutmağın pnevmaniyanın, ağciyər xəstəliklərinin bir nömrəli səbəbi olduğunu demədi.

- Əkisnə, bu kimi xəstəliklərin bir nömrəli düşməni olan psixi basqı, ölüm ajiotajı, mənəvi təcavüz bir gün də olsa, mətbuatdan yazn gəzmədi.
Psixi basqı, neqativ atak nəticəsində insanların kütləvi ölə biləcəyi, xəstəliyi ağır keçirəcəyi halda niyə insanlara bir dəfə də olsun bu yöndə rəsmi, tibbi tövsiyyə edilmir? Əgər hamımız yoluxacağıqsa, hələki çarəsi də tapılmayıbsa, insanları bir ildir vahimədə saxlamağın nə mənası var? Əgər bu səbəblə insan ölümü və yoluxmanın çoxalmağı kimlərinsə işinə yaramırsa, niyə psixi təsirlə ağırlaşan xəstəlik və artan ölüm sayları kimsəni narahat etmir?

- Dünyanın demək olar bütün ölkələrində aşağı yuxarı eyni dərəcədə yoluxma olduğu halda görülən ilk tədbirlərdən biri – sərhədlərin qapadılması bu qədər zamandan sonra niyə bərpa olunmur? Hamının ətrafında koronavirus olduğu iddia olunursa, buna bir fransızdan, yaxud azərbaycanlıdan yoluxmağın nə mənası var, hərçənd sərhədlərin bağlı qalması bəzi ölkələrə milyardlarla ziyan vurur. Avropa isə 15 günlük qapanmadan sonra Aİ tərkibində sərhədləri açdı (onsuz da sərhədləri yox idi). Avropa hazırda sərhdləri açıq şəkildə yaşayır. Təbii, pandemiya ona bizim kimi ölkələrə vurduğu ziyanı vurmayacaq? Sərhədlərin bağlı qalması siyasi-iqtisadi təmənna daşımırsa, koronavirusun bütün sərhədləri aşmağından aylar keçdikdən sonra ölkə sərhədlərinin bağlı qalmasının nə mənası var?

Meyar: Bir işin içində əmin olduğunuz xırda bir yalan aşkarladınızsa, demək o iş büsbütün yalandır. Heç kəs milyonluq halal sərvətinə bir manatlıq haram qatmır.


COVİD-ə qarşı tələb kimi qoyulmuş davranışların əks effekti:

- İnsanların qapalı məkanlarda olması yoluxma sayını artırırsa, insanların evlərə qapadılması niyə çıxış yolu kimi təqdim olunur?
Virusun ölkəmizin sərhdlərindən yenicə daxil olduğu vaxtlarda insanların evlərə qapadılmasının müəyyən məntiqi açıqlaması var idi. Bəs, hər gün 4000-dən çox insanın virusa yoluxduğu halda o insanların evdə olması, yoluxmanı azaldaaqmı? Evlərə yığılan kütlə kimdən təşkil olunub? Yoxsa virus ailələrə yaxın durmur? Yəni ailəyə xüsusi etimad göstərən bir virusla üz-üzəyiksə, bu başqa məsələ. Yoxsa mənin dostum Əhmədlə parkda, çay evində üz-üzə oturmağımla, doğma qardaşım Məmmədlə evdə üz-üzə oturmağımın nə fərqi var? Axı bu gün Azərbaycanda Əhməd də, Məmməd də virus daşıcılığı potensialı ilə eyni təhlükəyə malikdir. Hətta evlərdə insanlar daha yaxın olur, ünsiyyətdə məsafəni belə qorumur. Belə olduğu halda onların parklarda, restoranlarda müəyyən sosial məsafədə saxlanması daha effektiv olmazdımı? Yəni qeyd olunan reallıq fonunda baxsaq, restoranlarda masalar və oturacaqlarası məsafə qadağası insanları evdəkindən daha təhlükəsiz şəraitdə saxlamırmı? Belə çıxmırmı ki, biz restoranlarda kənar şəxslərin sosial məsaə tələbi ilə daha təhlükəsiz şəraitdəyik, nəinki səhərdən axşama qədər eyni insanlarla üz-üz qalıb dalaşarkən, sevişərkən, mübahisə edərkən...

- Virus düşünülənin əksinə dünyanın ən böyük canlısıdır. Qrip virusları hər il tibb elm adamlarının onlara qoyduqları müxtəlif adlar altında dünyanın üzərinə çökür, böyük bir quş kimi aylarla səmamızda qanad çalır. O, dünyanın ən sonuncu uyğun adamını (bədəni həmin virusa yoluxacaq durumda olan) yoluxdurmadan öz qanadlarını yer kürəsindən çəkmir. Ən sonuncu uyğun adamın bədənində canını tapşıran virus çox güman ki, xələfinə yeni detal verərək canını tapşırır.

Virusların təbiətin ən vacib üzvlərindəndir. Onlar hər il insanların üzərinə çökərək təbii seçim edir, başqa bir xəstəlikdən, səbəbdən bəlkə də biabırçı və ağır şəkildə öləcək adamı qısa müddətdə çökdürür. Bu zərbədən özünə gələn insan immunitet qazanaraq, növbəti mərhələyə adlayır, daha sağlam, yenilənmiş bir həyata qədəm qoyur, artıq başqa səbəblərdən çökmüş orqanizmlər isə bioloji dövrünü başa vurur. (Nə qədər amansız səslənsə də, bu təbiətin tələbidir)

İnsanların müdaxiləsi olduğu halda isə virusların üzərimizdəki hökmranlıq müddəti uzanır. Viruslar onsuz da yer üzərində yoluxdura biləcəyi sonuncu uyğun orqanizmdən də süzülməyincə bizdən əl çəkməyəcək.

COVİD-19  adlandırılan (minbir virusdan biri) hazırda yaşadığımız (bəlkə də artıq məhv olub, yerini yeni qrip virusu tutub) virusdan özümüzü qorumağa cəhd edərək virusun ömrünü uzadırıq. Bəlkə də bununla da biz COVİD-19-u bəşəriyyətin ən aqressiv, deformasiyaya uğramış, xəstəhal (poetik dildə desək, arsız) virusuna çevirik. Virusda mutasiya mümkündürsə, çox güman ki, bunun səbəbi də elə özümüzü ondan qorumağa çalışaraq, onun ömrünü uzatmağa səbəb olmağımızdır. Əks halda, o bir mövsüm ərzində canımızdan süzülüb keçəcəkdi.

Dünya əhalisini yekdil olaraq karantinin şişirdilməsinə göz yummağa vadar edən səbəb – Media

Eyni yerdən tənzimlənən dünya mediası kamerasını haraya çevirsə, medianın işıqçıları işığını hayana tutsa, biz də dünyaya həmin bucaq altında baxırıq. Bu azmış kimi həmin işıqçıların kölgə saldığı yerlərə kənar gözlə baxmaq istəsək də bir şey görə bilmirik. Təəssüf ki, bu gün həqiqət yox tribuna daha yararlı nəsnəyə çevrilib. Bəlli tribunalardan səslənən fikirlər birbaşa həqiqət kimi qarşılanır, digər informasiyalar ya qulağımıza çatmır, ya da qırıq-qırıq gələn həmin səslərin üzəri də tribunadan gələn səslə örtülür. Bu reallıq isə insanları debilləşdirir. Bəlli tribunadan gələn səs bütün insanları yekdil edir. Fikir rəngarəngliyinə yer saxlamır. O tribunalardan gələn səs dəmir həqiqət olub dünyanı arxasınca aparır. Uzun illər ərzində nəhəng akademiya halını alan qurumun lobaratoriyası hər cür uzman yetişdirir. Dünyanın bütün yetişkin insanları belə akademiyalarda qiymətləndirildiyindən kənarda peşəkar birinin formalaşması inandırıcı görünmür. “Əgər bu yalandırsa dünya alimləri niyə susur?” dedikdə bir məqamı unutmayaq. Dünya alimləri, çağdaş elm adamları, sözü eşidilən bütün məşhurlar bu və ya digər şəkildə həmin laboratoriyanın məhsullarıdır və elm də həmin akademiyalarda istehsal olunur. Bu üzdən həmin akademiyaların üzərinə həqiqət yazıb buraxdığı bağlamaları, demək olar, heç bir elm adamı açıb araşdırmır.
(Ötən gün “Solovyovun verilişi”ndə deyirdilər ki, dünyanın ən məşhur vaksinoloquna koronavirus barədə danışmaq qadağan edilib).

- Bu köklü-köməcli mövzuya diqqət çəkərək yaratdığım fonda maska məsləsinə toxunaq. Koronavirusun yayıldığı deyilən ilk günlərdə ÜST-ün açıqladığı kimi (hrçənd sonralar bu msələdən danışılmadı) “qoruyucu maska”ların virusdan qorunmaqda effektivliyi yoxdur. Azacıq məntiqi olan insanlar qəbul edir ki, həm aşağıdan, həm yuxarıdan bir neç burun deşiyi boyda dəliyi qalan ucuz bez parçasının ölçüsü dilimizə yatmayacaq qədər xırda viruslardan qorumaqda bir işə yaramır. Həm parçanın məsamələrindən, həm açıq qalmış dərmədeşikdən virus rahatlıqla nfəs yolumza daxil ola bilər. Hətta heç kəs o virisun kipriyimizə, qulağımıza, saçımıza, paltarımıza, tez-tez üzümüz sürtdüyümüz əllərimizə qonmadığından və bir an sonra həmin virisun bu yolla nəfəsimizə gedəcəyindən də sığortalanmayıb.
Bu təbiətin qanunudur, virus gəlibsə, illah da bir deşik tapıb girəcək. Virusdan qorunmağın əlahiddə yolu öz bədənini onun sevdiyi məkana çevirməməkdir. Orqanizmin immunitet və digər lazımi göstəricilərlə təmindirsə, virusa yerindəcə ona qalib gəlmiş olacaqsan. Yox əgər bədənin zəifləyibsə, üst-üstdən 5 maska taxsan da, ona yoluxacaqsan.

- Gələk “maska” adı verdiyimiz o əskinin bizim orqanizmimizə əks təsirinə. O bez parçası tibbdə istifadə üçün yaradılıb, daha çox həkimlərin, cərrahların birdəfəlik istifadə etdiyi yüngül qoruma vasitəsdir. Daha çox həkimin azğından çıxan tüpürcəyin, nəm nəfəsin açıq yara üzərində yarada biləcəyi fəsadın qarşısının alınmasına və xəstənin qanının, iltihabının həkimin ağzına, burnuna sıçramasının qarşısını almağa hesablanıb. (Əslində heç bu işi də düz-əməlli yerinə yetirə bilmir.)

Biz onunla burunumuz qapatdıqda isə orqanizmimizə bir neçə yerdən zərbə vururuq. Ağ ciyərlərmizdən boşaltığımız nəm karbon qazının bir hissəsi yenidən ciyərlərimizə qayıdır. Burnumuzla parça arasında nəm hava təbəqəsi yaranır, normal oksigen almağımızın qarşısı alınır.
COVİD-dən dünyasını dəyişdiyi deyilən əksər insanların pnevmaniya (ağ ciyərə həddindən artıq maye yığılması, Ağ ciəyər iltihabı) səbilə öldüyünü nəzərə alsaq, tibbi maska dediyimiz bez parçasının bizim ciyərimizə daim nəm nəfəs göndərən səbəb olduğunu görməzdən gəlməli deyilik.

Eyni zamanda nəzərə alaq ki, verilən nəfəs təkcə bədəndən xaric olan karbon qazından ibarət deyil, əslində verilən nəfəs bir ifrazatdır. Verilən nəfəsin tərkibinə təkcə kimyəvi yöndən yox, həm də mənəvi yöndən baxılmalıdır. Verilən nəfəs ahdır, ağır havadır. Tibbi maska onu burnumuzun qarşısında saxlayaraq, öz canına hopduraraq yenidən ağ ciyərlərimizə qaytarır.

Az əvvəl mediadan boşuna söz açmadım, əgər həmin media qurumlarından maskanın bu kimi zərərlərindən biri səslənsəydi, eşidən hər kəs son dərəcə mütəəssir olacaq və tibbi maskanın lazımsız bir şey olduğuu rahatlıqla qəbul edəcəkdilər. İndi isə insanlar əziz əşya kimi bədənlərinin ən gözəl yerində, simalarında gəzdirməkdən çox da narahat deyillər.

- Növbəti aktı isə hər biriniz müşahidə etmisiniz; koronavirus tozanağı qaldırılandan bu yana testi pozitiv çıxan qaranquşlar məhz ən çox qorunan, burnundan maska, əlindən spirt düşməyənlərdir. Bu necə ola bilər? Ən ümdə şərt qorunmaqdırsa, ən çox qorunanlar niyə yoluxurlar?

- COVİD-19 əqli xəstəlikdir. İnsan öncə ona beynində yoluxur, sonra hər nə qədər örtünsə də, bir yerdən o virisu tapır, yoluxur, çox hallarda da elə o virusdan ölür. Çünki bu adamlar bütün ruhları ilə həmin tribunalardan yayılan informasiyaları qəbul edir, bədənnüma inanır və özlərini həlak edirlər.

Əsrlər öncə təsdiqlənmiş metodlar var, insanın bir şeyə inanması məsələnin 90 fazini təşkil edir. “Dağ edilmiş qəpik” testi, “öncəgörən kimi təklif olunmuş saxta bir insanın verdiyi ölüm proqnozunun reallaşması” və s. Elmin də təsdiq etdiyi kimi insan inanaraq, daha doğrusu əmin olaraq xərçəngə də qalib gələ bilər, səhhəti ilə bağlı bir kəlmə yalan informasiyayla qısa müddətdə ölə də bilər.

Koronavirsun öldürdüyü adamların böyük hissəsi hər il yoluxduqları virusu ayrı ad altında və öldürücü virus kimi qəbul etdikləri üçün yenilirlər. Onlar pandemiya sıxıntısından sarsılmış, özlərini xırda xəstəlikdən belə xəstəxanalıq etmiş adamlardı. Hamı panikadadır, boğazı qaşınan, asqıran, temperaturu qalxan - hər kəs ölməkdən qorxur, təcili yardıma zəng edir, bu halda təbii ki, ölkədə pandemik situasiya yaranacaq. Amma fikir verirsinizsə, mart, aprel və may ayları karantin olsa da, hətta dəfələrlə sərtləşdirilsə də, xəstə tapılmırdı, illüziya yaradılsa da həqiqi vəziyyət ağır deyildi. Hamı deyirdi, xəstələlən, ölən olsaydı, biz də eşidərdik. Artıq bu gün hamımız eşidirik. 3-4 aylıq “profilaktik tədbir” dünyada həqiqi yeni xəstəliyin əsasını qoydu.

Əgər düşünürsünüzsə ki, ciyərə suyun yığılması xərçəng, ürək, ruhi xəstəliklərindən fərqli olaraq fiziki prosesdir, yanılırsız. Ciyərə su yığılması təkcə fizki proses deyil. Əslində bütün qrip viruslarına yoluxan şəxslərin ağ ciyərlərinə müəyyən miqdarda maye yığılır. Virusu ağır keçirənlərin ağ ciyərlərindəki iltihab, bəlğəm bəzən bir mövsüm ərzində təmizlənmir, təngnəfəs olurlar, gecələr boğulurlar. Koronavirisun ölümcül virus olması ilə bağlı hər gün eşidilən inormsiyalar isə vəziyyəti bir az da qəlizləşdirir, insan təngnəfəs olduqca ciyərlərin sıradan çıxması sürətlənir. Unutmayaq, ağ ciyər də ürək kimi mənəvi orqandır. Lap klassik əsərlərə baş vursaq, orda ürəklə yanaşı “yanan”, “parçalanan” ikinci orqan ciyərdir. Ürəyim kimi ciyərim, ciyərparəm sözləri də işlək olub. Yəni, ciyər birbaşa mənəvi orqandır və psixi basqıdan, kütləvi neqativ proqnozlardan – xüsusən də ağ ciyər xəstəiyi ilə bağlı alınan ardıcıl informasiyalardan insan çox rahat boğula bilir, boğulma da insanın hər nəfəsdə bir az da ciyərinə su yığması deməkdir.

- Koronavirusdan söz düşən kimi ən çox verilən suallar ən diletant yanaşmalardan doğru. Məsələn, “koronavirusa inanırsan?” sualı kimi. “Korona” adı verilmiş bir virus təbii ki, mövcuddur və bu gün həqiqətən bir çox insanlar bu səbəblə dünyasını dəyişir. Lakin psixi təsir və dünya üzrə sırf bu virus səbəbilə kütləvi ölüm gözləntisi yaradılmasaydı, bu virusun öldürücülük qüvvəsi digərlərindən çox da fərqlənməyəcəkdi. Bəlkə də qrip viruslarından daha az olacaqdı. Məsələn, bir fərdi nümunə: 2018-ci ilin yaz-payız aylarında yoluxduğum virus daha ağrılı idi, nəinki bu il.

Koronavirus yox, onun haqqında yaradılmış informasiya və başladılan saxta pandemiya (koronavirus barədə bu terminin istifadə olunduğu ilk günlərdə pademik vəziyyət yaranmamışdı, hətta indiyədək bəzi Avropa ölkələrinin statistik cədvəllərində pandemiya yox, epidemiya yazılır) bir çox tərəfləri ilə özünü deşifrə edir. Saxtalığını isbat edən yönləri xüsusi həssaslıq, bilgi, skeptik baxış tələb etdiyindən bunu ifşa edən üsul yoxdur. Deşifrə prosesi fərdi qabiliyyət tələb etdiyindən, Avropa ölkələrində də kütlə şişirdilmiş rəqəmlərl, tibbi xalat geyindirilmiş görkəmlə bu hala gətirilən prosesi görə bilmədi. Bəli, bu gün əksər xəstəxanalar virusa yoluxmuş xəstələrlə doludur, artıq insanlar adi qriplə belə mübarizədə acizlik çəkir, qorxudan xəstəxanaya qaçır, xəstəxanalarda isə bir Allah bilir nələr baş verir...

Ağ ciyər xəstəliyidirsə, niyə uşaqlarda rastlanmır?

- Çünki uşaqlara psixi basqı mümkün deyil, onlar aldadılaraq xəstələndirilə bilinməyən varlıqlardır. Bunun üçün də texnoloqlar uşaqların üstünə əvvəlcədən bir quş qoydular.

Daha çox yaşlılar ölür...

- Niyə? Çünki yaşlılar onsuz da bu və ya digər şəkildə ölür, həm də onların psixoloji təsirlə öldürülməsi daha tez başa gəlir, orqanizmləri zəifdir. Bir sözlə, bu amansız ssenaridə qocalar statistika üçün “ən yaxşı” materiallardır. “Virus daha çox qocaları öldürür” informasiyası olmasaydı, sabah açıqlana biləcək ölən şəxslərin siyahısındakı qoca təvəllüdlər bir çoxlarını şübhləndirə bilərdi. Ortaya belə bir sual çıxa bilərdi: Niyə ancaq qocalar? Bu sualın cavabı əvvəlcədən hazırlnıb. Bu COVİD-19-un xüsusiyyətidir.

- İnsanlar yayda çimərliklərdən uzaq saxlandı. Çünki dəniz insanların ən çox immunitet qazandığı və stress atdığı məkanlardır. Bu isə COVİD-19 müharibəsində əks cəbhənin silahlanması deməkdir. Azərbaycanda hər şeydən əvvəl toyların saxlanmasının da görünən iki əsas səbəbi var. Birincisi Azərbaycanda böyük bir biznes zəncirinin ilk halqası olan toyları saxlamaqla biznes çarxına mıx soxuldu, ikinci qafqazlıların psixoloji reablitasiya “xəstəxana”ları olan toyxanalar saxlanılaraq insanlar COVİD-in cənginə verildi.

- Dünya üzrə yaradılan bu pandemiya illuziyasına qarşı düşünərlərin gəldiyi bəzi ağlabatan, kövrək qənaətlərə qarşı isə əks arqumentlər həmən hazırlanır. Pandemiya tamaşasını deşifrə edəcək ipucular gəldikcə bu ipucuların insanların fikrini oğurlamaması üçün ortaya atılan ən effektiv üsul həmin arqumentlərə uyğun zarafat, lətifə, lağ ifadə yaradaraq onları puç etməkdir. Məsələn, şişirdilmiş virusa qarşı vaksin, peyvənd adı ilə insanlara yeni virusun vurula biləcəyi iddisı ortaya düşən kimi Azərbaycamda “qaqa, biz çip taxacaqlar” zarafatı yarandı. Bu zarafat ağılabatan “vaksin-peyvənd” məsəsləsini kölgədə qoydu. Hamı bir ağızdan bu fikrə şəbədə qoşdu və iddia beşiyindəcə məhv oldu.

- Yazın əvvəllərindən Hopkins universiteti hansı ölkədə nə qədər adamın öləcəyi ilə bağlı proqnozlar açıqlamışdı. Çox güman ki, bu proqnoz yox, bir növ tapşırıq idi. Yeri gəlmişkən həmin proqnozlarda Azərbaycanda  1000 nəfərin öləcəyi proqnozlaşdırılmışdı. O zaman Azərbaycanda koronavirusdan gündə bir adam "ölürdü". Bu sayın minə çatacağı inandırıcı deyildi. Artıq bizdə ölüm göstəricisi 2000-ə yaxınlaşır.

- Yeri gəlmişkən, pandemiya tozanağının qaldırlıdığı ilk aylarda dünyanın bütün ölkələrində, indi isə bir çox ölkələrdə koronavirusla bağlı statistikanı açıqlayan, bu tamaşanı kurasiya edən qurumlar rəsmi, ənənəvi səhiyyə qurumları yox, universitetlər və ölkələrdə yaradılmış müvəqqəti qurumlar idi.

Bizdə də bu işi yeni qurulan bir qurum kurasiya edir: TƏBİB. Zəif arqument olsa da, adından göründüyü kimi TƏBİB üzərində düşünülmüş kreativ layihədir. Mahiyyəti önəmli olan bir qurum olsaydı, adı TQDK kimi çətin bir abreviatura yaradardı. Bircə anda yaradılan qurumun adı da işinə uyğun bir abreviaturada cəmləşdi. Bu da maraqlı məqamdır. Dünya və Azərbaycanda bu işin altına rəsmi orqanların, Səhiyyə Nazirliklərinin girməməsi bu qondarmanın hər an ifşa oluna biləcəyi ilə bağlıdır. Ölkəmizdə pandemiya dövründə Səhiyyə Naziri Oqtay Şirəliyevin bir dəfə də olsun bu müstəvidə gözə görünməməsi, çox güman ki, mütəxəssisin, yaxud daha ciddi bir instansiyanın bu məqamı ciddiyə almasıdır.

Pandemiyaya qol qoymayan ölkələri nə gözləyir?

Çox güman ki, başqa ad altında sanksiya! Yaxud Belarusiya misalı inqilab. Ən acısı isə budur ki, əgər pandemiya şəraitinin yaradılması tapşırığı kənardan gəlirsə, bu tapşırıq Azərbaycana daha ağır şərtlərlə təqdim olunur. Çox güman ki, ölkəmiz siyasi icraçıların bölüşdürdüyü bölgüdə son səbətdədir. Məslən, normal ölkələrdə insanlar pandemiya, karantin şərtlərindən Azərbaycada olduğu qədər əziyyət çəkmir. Rusiya kimi qarışıq ölkədə hələ də hər kəs rahat işinin başındadır. Yalnız ərzaq mağazalarına girərkən maskadan istifadə zururidir. Bu qədər...

Bunu niyə edirlər?

- Qırxayaqlı hörümçək kimi bir neçə yerə şaxələnmiş bu ideya haqqında birmnalı danışmaq, konkret səbəblər yazmaq ilk baxışdan gülünc görünə bilər. Çünki, az əvvəl qeyd etdiyim kimi, ideyanın faşına hesablanmış istənilən arqumentə əks lətifə hazırdır.

- Bu qərarın dünya üzrə hakimiyyət cəmiyyət münasibətlərində birinciyə avantaj qazandıran tərəflərindən biri insanları daim nəzarətdə, əsarətdə, qorxu altında saxlamaqdır. Karantin müddətində evdən çıxama qadağası, maska taxmaq məcburiyəti insanları polis yanında gözükölgəli edir. Hər polisi gördükdə özlərini yığışdırdılar. Bu “qudurmuş” kütlənin “ipini yığmaq” üçün əvəzsiz fürsət idi.

- Uzun illərdir ki, təbiət öz təbii seçimini insanlar üzərində ənənəvi şəkildə apara bilmir. İnkişaf nəticəsində hər bir fərdin yaşamaq və nəsil artırmaq imkanı və hüququ olduğundan dünyada qüsurlu insanların sayı artır. Qüsurlu qismində təkcə fiziki problemlilər nəzərdə tutulmur, bu daha çox ilk baxışdan normal görünsə də daim problem yaradan, hər məsələdə fikrin dəyişən, öz yolu, fərdi təşəbbüsü olmayan İQ səviyyəsi çox aşağı olan adamlardır. Bu test onların sayının azaldılması üçündur. Faşist qərar olsa da, reallıqdır.

- Qida təhlükəsizliyinin təminatında insan artımının aruzolunmaz proqnozlar vəd etməsi, atmosfer çirklənməsi və dünya əhalisinin sayının gün-gündən düşünüləndən daha çox artması dünya “başbilən”lərini uzun illərdir narahat edir. XX əsrin ikinci yarısından etibarən insanların ömrü uzanıb, ölüm insanlara bir neçə il gec yaxınlaşır. Bir sıra xəstəliklərin çarəsinin tapılması da əhalinin yer kürəsində daha çox qalmasına şərait yaradıb.

Əhalinin çox olması qida, atmosfer, bioloji problemlərlə yanaşı “başbilənlər”i müxtəlif yönlərdə narahat edir. Artıq klassik müharibələrlə kütləvi insan öldürmək mümkünsüz hala gəlib. Eyni zamanda müharibələr insanlar arasında amasnız seçim etdiyindən – daha sağlam insanların ölməsi müharibəni müəlliflərin gözündə effektsiz üsul edir.

İnsanın özünü özünə qarşı çevirmək ideyası bu müstəvidə “unikal” tapıntıdır. Fərdi özündən yaxşı, tez və problemiz öldürə biləcək ikinci canlı yoxdur. Öz haqqında bədgüman olan insan çox yaşamır, xırda yarasını böyüdüb fil edəbilən, özünə rahatlıqla qənim kəsilə biləcək bir varlıqdır insan.

Özünə qənim kəsilə biləcək insanlar kimlərdir?

- İtaətkar adamlar. Bu adamlar bütün informasiyalara müstəvi üzərində baxır, hazırhulum məlumatları qəbul edərək anında yalana təslim olur. Bu tip insan növü isə müasir dünya üçün lazımlı sayılmır.
Qərb itaətkar yox, üsyankar, inadkar, şübhəsini qoruyan adamları sevir.

- Bəli, bu Hitler siyasətidir. Sadəcə bu ideyanı inkişaf etdirən adamların Hitləri qiymətləndirib, onun zamanında bu ideyanı həyata keçirmək cəhdini alqışlamaq cəsarəti yoxdur. Əslində Dostoyevskindən qaynaqlanıb, Freyddə inkişaf edib Hitlerdə həyata keçən “ali irq”, “üst insan” modeli bu gün də arzuolunandır. Sadəcə bu fikirləri etiraf etmək, “üst insan”dan savayı yerdə qalan insan tipinə tam insan yox, ikindci dərəcəli insan adlandırmaq faşizm baxışıdır. Bu baxışı açıq yürütmək mümkün olmadığına görə ideyaya görə ikinci dərəcəli adamlar özlərini qırmalıdırlar.

- Bir il öncəyə qədər inandırıcı görünməsə də, bu ideya ayaq tutub yeridi. Artıq insanlar sıradan bir virusla özlərini öldürürlər. Ətrfımda şəxsən tanıdığım bir neçə adam özünü qurban etdi.

- Əgər koronavirus, pandemiya reallığında nələrsə şişirdilirsə, bunu kimlər edir, məqsədləri nədir, kimi suallar Şərqli insanı düşündürən ilk suallardır. Qərb nəticəyə, bu qərarlar nəticəsində özünə dəyən ziyana baxır, biz isə qazanan tərəfin məqsədinə, qazanılınan məbləğinə və s.

- Təbii ki, bu mətndəli əksər iddialar individual yanaşma məhsuludur. Müddəlara fərdi müşahidələr, analizlər sonunda qələmə alınıb. Tam bu üzdən mənim üçün də məsələdə xeyli qaranlıq məqamlar qalmaqdadır. Ona görə sonda yazdıqlarıma dair ağlıma gələn əks iddiaları da bölüşmədən mətni bitirmyəcəm.

- Alternativ kimi biz pandemiya şişirtməsinin səbəbinin bu günə qədər müxtəlif cildlərə girərərək bəşəriyyətə “arzuolunmaz qonaq qisməində gələn vuruslardan birdəfəlik qurtulma tədbiri olması ehtimalını da qeyd etməliyik. İnandırıcı görünməsə də (çünki virusdan qorunma tədbirlərindəki formallıqlar bunun əksini sübut edir) biz onu da düşünə bilərik ki, maska, spirt, bir virusu layiq olduğundan daha çox ciddiyə almağın səbəbi həmin virusu ənənəvi yoluxdurma mexanizmindən çıxarıb tamamilə məhv etmyə cəhddir.

- Şişirdilmiş rəqəmlər (çünki gözümüzün qarşısında müxtəlif səbəbələrlə ölən yüzlərlə adama da “koronavirus” diaqnozu qoyuldu. Bu təkcə Azərbaycanda yox, başqa ölkələrdə də qeydə alınmışdı, bir neçə ay öncə mətbuatda Braziliyada əyalət rəhbərlərindən birinin ÜST-ün nümayəndəsinə iradı tirajlanmışdı. O, qeyd edirdi ki, Braziliyada başqa səbəblərlə ölən minlərlə adamın ölüm səbəbi kimi koronavirus göstərilib yazılıb) həm də növbəti həqiqi pandemiyaya hazırlıq prosesi ola bilər. Məsələn, koronavirusdan dünyada ölənlərin ümumi sayı 2 milyon olarsa, sabah iki milyon insanı öldürə biləcək xəstəliyi (süni yaradılmış xəstəlik də ola bilər) insanlar faciə kimi qarşılamayacaqlar. Əzizlərini itirdikdə belə, koronavirusu xatırlayıb rahatlaşacaqlar; Allah betərindən qorsun.

- Saxta pandemiyanın yaradılmasına digər bir səbəb isə kütləvi dərman satışı ola bilər. Artıq əhəmiyyətindən daha çox formal təsiri olan dərmanlar ən rahat pul qazanılan sahələrdəndir.

- Vaksinlə pul qazanmaqda səbəblərdən biri ola bilər.

- “Vaksin adı ilə həqiqi virusu yaymaq – nəzərə alaq ki bu virus fiziki ölümə deyil, ayrı bir xəstəliyə hesablanmış ola bilər” – bu iddianı ortada saxlayaq.

- “Dünyadakı bütün fiziki prosesləri saxlayaraq onlayn dünyanın inkişafına fantastik dəstək vermək” – bu isə pandemiyada müşahidə etdiyimiz ən öncül proseslərdən idi.

- Yeni bir dünya, yeni insan, yeni mədəniyyət, yeni sənət yaratmaq. Təbii ki, artıq bu proses baş verməkdədir. Pis, ya yaxşı – yeni bir yol açılır. Bu yol ya yeni üfuqə doğrudur, ya da yerin dərinliyinə doğru. Doğru, ya yanlış olduğuna da gərək özünüz qərar verəsiniz.

İnsanlar bezib, “ölmək ölməkdirsə, xırıldamaq nəyə lazımdır?” deyir. Təəssüf ki, dünyanın bu hala gəlməsinə səbəb də elə dünya əhalisinin bu informasiyanı qəbul edəcək potensialda qalmasıdır. Yəni bu qaramat ilin – 2020-ci ilin yaşanması elə insanların öz problemidir. “Quş”, “donuz”, “ebola” altında alınmayan virus layihəsi “Korona” kod adı ilə alındı və dünya bu virusu yedi.

XXI əsrin adamının bu boyda uydurmanı qəbul etməsi utancvericidir. Azərbaycan, Qafqaz, Şərq ölkələri bir yana bu uydurmanı Qərb ölkələrinin vətəndaşlarının da rahatlıqla həqiqət kimi qarşılaması böyük bir testin cavabıdır. Demək, çox da ağıllı deyilmişik. Hərçənd Qərb adamı pandemiyadan, karantindən Azərbaycan və Azərbaycanla eyni səbətdə olan ölkələr kimi məhrumiyyət və görmürlər.

Bu mətn dünyanı ağuşuna almış nəhəng bir hadisənin deşifrə olunmasına, ifşaya hesablanmayıb. Onsuz da bu və bu tip yazıların təsirilə bu qanlı çarxın hərəkəti qəti ləngiməyəcək. Bu yazı xalqımın qorxudan ölən bəzi nümayəndlərinə kömək məqsədilə yazılıb.Onsuz da heç bir nüfuzlu təşkilat, rəsmi dairələr sizi sağaldacağına söz vermir. Əmin olun ki, sizin sağlamlığınız öz əlinizdədir. Bu xəstəliyi unudun. Göstərilən qaydalara əməl edin, amma qorxaraq yox, qanun olduğu üçün. Əks halda özünüzü sıxıb axırınıza çıxacaqsız. Özünüzü psixi basqıdan qoruyun ki, ürək-damar və digər qəfil xəstəliklərdən ölməyəsiz. Deyin, gülün, bol-bol qazlı-limon sıxılmış su için. Əzizlərinizə də deyin ki, COVİD ölümcül xəstəlik deyil. Bu xəstəlikdən yalnız bu halda salamat qurtaracaqsız.

Qeyd: Bu mətn sizi dövlətin pandemiya ilə bağlı qanunlarına qarşı radikal etirazınız üçün deyil. Lakin yaxşı olardı ki, absurd qərarlaraqarşı daim etirazınızı bildirəsiniz. Unutmayaq, nəyi istəyiriksə, nəyə layiqiksə, o cür də idarə olunuruq. İdarəetməni mükəməlləşdirən əsas təsir neqativlərə etirazdır. Etiraz etməkdən usanmayın! Əks halda arzuolunmaz “2020”-ci il “2021”-i də bürüyəcək.

...davamı var

Sərdar Amin

10 сент. 2020 г.

Payız bülbülü


Bir çiçəyin bülbülü ötən payız ötürdü

Bir qaraquş dinlədi... səsi göyü götürdü...

Bülbül qonan budağın yarpaqları sarıydı

Bülbül qopan budağın üzü göyə sarıydı

Budaq dua elədi xırda budaqlarıyla

Dualar göyə uçdu payız yarpaqlarıyla

Dedi: hər damlam mənim baharın bir ləçəyi.

Öldürmə bir bülbülü, küsdürmə bir çiçəyi.

Göylərdən səda gəldi: "Bülbül vaxtsız oxuyub.

Nəfsi ac qaraquşun, nəfəsi qan qoxuyub.

Bülbüllər payız oldu, susub gizlənməlidi.

Yeni bir bahar üçün, mahnı dilənməlidi".

Budağın altda torpaq yarpaqla sap sarıydı

Bülbül qonan budağın üzü yerə sarıydı.

Bülbülün oxuduğu o il qışsız ötüşdü.

Qar yerinə torpağa bəyaz ləçəklər düşdü.

Ləçəklərdən az əvvəl hər yanı səs bürüdü

Çartlaq tumurcuqlardan bülbül dili göründü.

Oxuduğu ağacın körpə budaqlarıydı.

Üzün tutub bahara bərkdən salamlayırdı.

O gündən bəri otlar qanlı quş lələyidir

Payızın göz yaşları bu gülün ləçəyidir.

Bu çiçəyin bülbülü ötən payız ötmüşdü...

Ötən payızdan bəri qış harasa getmişdi.

2010

31 авг. 2020 г.

31 avqust şeiri


Bakı, 31 avqust

2019...

Xalçaların yuyulması,

Dünyəvi parçaların yuyulması...

Qubadlı, 

Üzündə tağlı körpülərın sevinci

İçində kədər, 

bağlı qapıların, kip bağlı...

Kimsəsiz itlər ləhləyir həyətlərdə

Zibillikdəki qarpız dilimləri kimi kədərli dilləri sallanıb yalavac ağızlarından.

Qubadlı, biz elə dövrün uşaqlarıyıq ki...

Düzü,

bir Hollivud melodramı qədər ağlatmadı bizi -

yaylığını ayağına sarıyıb qaçan qadınların.

27 авг. 2020 г.

Nargin sənət zəncirimizin qırılma nöqtəsinin simvoludur - Müsahibə

 


Tezliklə “Nargin TV” işə başlayacaq, internet fondumuzu uğurlu reportajlar, verilişlər, müsahibələrlə zənginləşdirəcəyik. Bildiyiniz kimi bu sahədə 7 illik televiziya təcrübəm var.

Bu sözləri Teleqraf.com-a müsahibəsində yeni yaranan “Nargin.az” saytının baş redaktoru yazıçı Sərdar Amin deyib. Müsahibəni təqdim edirik.

- Saytın ideya müəllifi kim və ya kimlərdir?

- Belə layihələr barədə dostlarla çox danışırıq. Demək olar ki, hər günümüzü bir yeniliyin planlamasına həsr edirik. Təəssüf ki, bunların çox cüzi hissəsi sona qədər işlənir, ərsəyə gətirilir. Bəlkə də belə olmalıdır, fikirlər, istəklər ələnməli, ən ağırları yaşamalıdır. Nargin.az-la bağlı da dəfələrlə danışmışıq. Düzdür, ad məsələsini əvvəlcədən planlamamışıdıq. Amma Azərbaycanda ədəbi-mədəni müstəvidə sanballı dəyərləri üstün tutan bir portala ciddi ehtiyac olduğunu demək olar ki, hər gün danışırıq.

“Danışrdıq” deyəndə o şəxsləri nəzərdə tuturam ki, adlarını saysam, bitməz. Ona görə də ad sadalamaq istəmirəm. Bizim oxucularımız onsuz da zamanla əməkdaşlıq etdiyimiz şəxslərin kimlər olduğunu görəcək.

- Ad məsələsinə toxundun... Rastlaşdığımız mədəniyyət portallarının adından fərqlənir.

- Elə variant üzərində düşünürdük ki, birbaşa sənət termini, yaxud ədəbi ifadə olmasın, ancaq mədəniyyət aləmini bu və ya digər şəkildə simvolizə eləsin. Ad aid oluğu sahənin bir növ metaforası olsun. Ona görə “Nargin” variantı ağlımıza gələn kimi hamılıqla razılaşdıq və bu yöndə davam etdik. Yeni layihmizlə bağlı verdiyimiz ilk müsahibə olduğunu nəzərə alaraq, “Nargin” adını seçməyimizdəki məqsədimizi bir daha dilə gətirmək istəyirəm.

Nargində ədəbiyyatımızın, poeziyamızın ən dəyərli nümayəndələrindən biri, açılmamış məhv edilən tumurcuğu Mikayıl Müşfiq güllələnib. Həmin enerji ilə çağlayan şairi öldürmək poeziyamızın ürəyinə zərbə idi. Bu və ya digər səbəblərdən “Nargin” adası bizim ədəbi-mədəni ənənəmizin qırıldığı məkandır, təbii ki, bu qırıqlıq nöqtəsini ehtiva edən, simvollaşdıran ən dəqiq addır.

Həm də sənət adamları dünyanın hər yerində cəmiyyətdə aqzlıq təşkil edən birliklərdəndir. Mədəniyyət, incəsənət yönündən ən çox inkişaf etmiş ölkələrdə belə sanballı əsərlərə, intellektual sənətə dəyər verən, onu anlayan şəxslər cəmiyyətin 5-6 faizini təşkil edir. Ədəbi dildə desək, böyük bir dənizdə adanı andırırlar. Bizim də sloqanımız “Sənət adası”dır. Sənətsevərlərin dənizdə ada təəssüratı yaratdığını demək istəyirik.

- Bu formatda saytlar kifayət qədərdir, sizin sayt nə kimi yeniliklərlə fərqlənəcək?

- Ümumi istiqamətimiz eyni görünə bilər. Amma düşünmürəm ki, ölkədə bizim görmək istədiyimiz işi görən saytlar və qurumlar var. Həmin işlər görülmüş olsaydı, bu sahədə iş görməyə cəhd edən şəxslər ortada olsaydı, çox güman ki, biz gücümüzü ayrı bir mədəniyyət layihəsinə sərf edərdik. Yenə deyirəm, bizim kimi ölkələrdə mədəiyyət sahəsində qəribə bir lənglik hökm sürür. Əksər sənət adamları eyforiyada, tamaşaçılar, oxucular reallıqla barışmış vəziyyətdədir.

Mühiti düzgün analiz edib nəticə çıxarmaq lazımdır. Biz ilkin mərhələdə əziyyət çəkəcəyimizin fərqindəyik. Amma buna görə oxucudan, tamaşaçıdan gileylənmək yersizdir. Mədəniyyət layihəsinin ilkin şərti davamlı olmasıdır. Davamlı, keyfiyyətli, bəşəri...

Öz prinsiplərinə sadiq qalan təşkilatların uğuru qaçılmazdır.

Biz bu layihə çərçivəsində bir sıra yeniuliklər edəcəyik. Tezliklə “Nargin TV” işə başlayacaq, internet fondumuza uğurlu reportajlar, verilişlər, müsahibələrlə zənginləşdirəcəyik. Bu sahədə 7 illik televiziya təcrübəm var. Plan üzrə hərəkət edirik. Bircə onu bilirəm ki, oxucular Nargin.az-da ən azından gündə bir yenilik görəcək.

- Saytınızda həm də tərcümələrə yer verilir. Bu tərcümələr təcrübəli insanlar tərəfindən olunurmu?

- Tərcümələr qaçılmazdır. Çünki bizim əsas məqsədlərimizdən biri də oxucularımızı çağdaş dünya sənət nümunələrilə qovuşdurmaqdır. Rus, ingilis və türk dillərindən tərcümələrimiz olacaq. Mən daha çox saytda yayımlanacaq məhsula cavabdehəm. Yəni, ölkəmizdə peşəkar-həvəskar bölgüsündə keyfiyyət balansı çoxdan pozulub. Həvəskarlar peşəkar adı altında fəaliyyətsiz qalan əksər şəxsləri çoxdan ötüb keçib. Ona görə bu bölgünü təcrübəli, həvəskar bölgüsündə deyil, “keyfiyyətli məhsul” prinsipi ilə baxırıq.

- Digər saytlarla rəqabətdə uğur qazanacağınıza nə qədər inanırsız?

- Tam səmimi deyirəm, məqsədimiz rəqabət deyil. Məqsəd ölkə elektron mətbuatındakı mədəniyyət gündəmini dəyişmək, daha sanballı mövzuları diqqət mərkəzinə gətirməkdir. Digər təşkilatlar da bu işdə bizə qoşulacaqsa, biz onlara rəqib yox, tərəfdaş kimi baxacayıq. Çünki bizim əsas problemimiz bu deyil. Qarşımızda dağ boyda oxucu, tamaşaçı problemi var. Məhv olmaqda görünən televiziya institutu var. Ona görə belə banal müstəvilərdə rəqabətə girmək kimi iddiamız yoxdur.

- Yerli müəlliflərlə işləyəcəksiniz?

- Bəli. Artıq bu işə satart vermişik. Bunun üçün daha ciddi mətnlərin dərcini planlayırıq. Dərc olunacaq mətnlərin müqəddəratına təkcə baş redaktor cavabdeh deyil. Redaktora qədər sayta təqdim olunan mətnlər rəyçilər qrupununda müzakirə olunur. Onlar arasından yetərincə müsbət səs alan mətnlər baş redaktora təqdim olunur. Biz sənət mühitinə özünəməxsus sanbalını qazandırmaq istəyirik. İlkin mərhələni keçdikdən sonra işlərin tamam qaydasına düşəcəyinə əminəm.

Dəyərli qələmi olan şəxslər üçün qonorar büdcəsi formalaşdırırıq. Biz elə adamlara qonorar vermək istəyirik ki, onlar həm də yeni müəlliflərə nümunə olsun. Sənətdən, ədəbiyyatdan nümunəvi sənət adamları pul qazanmalıdır. Yoxsa...

28 iyun, 2018
Xəzər Süleymanlı

"Bədii əsər nəşr olunandan sonra canlı orqanizmə çevrilməlidir, öz taleyini özü həll etməlidir" - Sərdar Aminlə müsahibə

 


- Sərdar, səni daha çox jurnalist kimi tanımışıq. Aparıcılıq fəaliyyətin olmuşdu. Yazarları dəvət edib söhbətlər edirdin. Sonra vaxt keçdi. Gördük ki, Sərdar da nələrsə yazırmış...

- Vallah, məni kim necə tanıyıb, bilmirəm, amma mən televiziyaya gəlməzdən öncə yazırdım, 2010-cu ildən aparıcılıq fəaliyyətim olub.

Ədəbiyyatla müqayisədə televiziya daha dinamik sahə olduğundan, yəqin, televiziya layihəm daha çox diqqət çəkib, məni belə tanımısız.

Televiziya rəhbərliyinin mənə ədəbi layihə həvalə etməsinin səbəbi də ədəbi faliyyətim olub.

- Hətta şeir də yazırdın. Sonra başını buraxdın. Necə düşünürsən, şeir səndə alındımı?

- Bir az pafoslu səslənsə də, şeiri müəllif seçmir ki, istədiyi vaxtda, sizin təbirinizcə desək, başını buraxa. Şeiri həmişə uzun fasilələrlə yazmışam. Ən yaxşı halda ayda bir şeirim olub.

Nəsr ilə poeziyanın yaxınlığı qaysı-şaftalı oxşarlığı kimidir: zahirən ikisi də mətndi, amma daxilən tamam başqa səbəblərdən yaranan, tamam başqa müstəvilərdə inkişaf edən və müəllifdən tamam ayrı atmosferli enerji tələb edən sənət növləridir.

Şeir yazacağım ərəfədə olduğum hal, şeirə hesablanan bədii informasiya nəsrlə eyni olmur. İmplusun özü belə fərqlidir. Dediyim odur ki, şeir yazıram, yəqin ki, həmişə də yazacam. Son şeirimi də səhv etmirəmsə, bir ay qabaq dərc etdirdik: "Güləsər - bir zəmi əfsanəsi".

- Nargin.az portalının təsisçilərindənsən. Səncə, bu portal ədəbi mühiti kifayət qədər işıqlandıra bilirmi? Kənardan izləyənlər üçün düşünülür ki, orda da müəyyən bir qrup var. Yalnız o imzalar çap olunur.

- Nargin.az-ın ilk məqsədi ədəbi mühiti detallarına qədər işıqlandırmaq deyil, arzuladığımız ədəbi mühiti yetişdirməkdir. Buna görə biz qruplaşmağa məcburuq. Mən yaxınlarda ədəbi qruplaşmaların əhəmiyyəti haqqında bir yazı da yazmışdım. Təbii ki, söhbət əzələ nümayişi, eqo sığalına hesablanmış qruplardan getmir. Mən şəxsən hər gün oturub durduğum adamları misqal-misqal toplamışam; biri iqtisadçıdı, biri şairdi, biri biznesmendi. Nə bilim, biri Qazaxdandı, biri İsmayıllıdan, biri Salyandan, biri Füzulidən və s. Bunları sadalamaqda məqsədim odur ki, bizi nə içki şüşəsi, nə eyni rayonda doğulmağımız, nə də dini etiqadlarımız bir yerə yığıb. Yalnız arzuladığımız sənət, yazmaq istədiyimiz və yazacaqlarımızın atmosferi birlikdəliyimizə səbəb olub.

Qrup dediyiniz o adamlar arasında namaz qılan da var, araq içən də var, Qərbi sevən də var, Şərqi sevən də... Amma söhbət ədəbiyyata gələndə, hamımız eyni tərəfə baxırıq. Məsələ budur.

Mən qələmində işıq gördüyüm, özümdən 10-15 yaş kiçik adamlara da zəng edirəm, yazılarını sevdiyimi deyirəm, onları çağırıram, həmin qrup dediyiniz şəxslərlə görüşürük, söhbətləşirik.

Onun nəticəsidir ki, bu gün artıq Məlik Rza, Məhəmməd Tanhu, Ülvi Bahadır kimi həmkarlarımız yüksək bir mərhələnin astanasındadır.

Nargin.az-da dərc olunmaq məsələsinə gəlincə, elə bir adam yoxdur ki, saytımıza yaxşı mətn göndərsin, amma dərc etməyək, buna əminəm. Düzdür, şeirə bir az mühafizəkar yanaşırıq, bunun da səbəbi var. Bu gün şeir intensiv şəkildə yazılır. Bəlkə də, dünyanın heç bir ölkəsində bu qədər şeir yazılmır. Bunun yaxşı tərəfləri çoxdur, amma bizim də borcumuz öz istiqamətimizə uyğun şeirləri dərc etməkdir. Bizim istiqamətimizsə, incəsənətdir, əsl sənətdir. Poeziyaya birbaşa aidiyyəti olan bir neçə şəxsi "Votsap" qrupunda cəmləmişik, sayta göndərilən bütün şeirləri anonim şəkildə həmin adamlara təqdim edirik. Müsbət rəy alan bütün şeirlər mütləq şəkildə dərc olunur. Bəzən elə olub ki, şeir münsiflərimizdən birinin yaxşı şair hesab eləmədiyi birinə məxsus olub, amma müəllifi anonim saxladığımızdan həmin münsif də o şeirə müsbət rəy verib. Buna görə də "Nargin"i qeyri-obyektivlikdə qınamaq düzgün deyil.

Onu da deyim ki, "Nargin.az" fəaliyyətə başlayan kimi 2 fəaliyyəti dayanmış sənət saytı yenidən işə başladı, daha iki yeni sənət portalı yaradıldı. Bu hadisələr həm də "Nagin"in uğurudur. Bir neçə gündən sonra, saytımızda ciddi dəyişikliklər olacaq, yeni güclə işə başlayacağıq.

- "Su Sərgisi" romanın ikincidi. Birinci romanın, səhv etmirəmsə, o qədər də uğurlu olmadı. Ancaq "Su Sərgisi" haqda çox danışıldı. Əsərin adı haqda müxtəlif fikirlər səsləndi. Onu uğurlu hesab edən də oldu, etməyən də. Gəl elə əsərin adından başlayaq. Niyə "Su Sərgisi"?

- Doğrusu, roman haqqında izahedici nələrsə danışmağı xoşlamıram. Düşünürəm ki, yaxşı bədii əsər nəşr olunandan sonra bir canlı orqanizmə çevrilməlidir, öz taleyini özü həll etməlidir. Ona görə mən romanım haqqında, orda demək istədiklərim haqqında annotasiya versəm, romanın potensial impulslarını birə endirmiş oluram. Mən özümü oxucularıdan ağıllı saymıram, ola bilsin, onlar romandakı hansısa metaforadan, hansısa təşbehdən daha ciddi nəticə çıxarıblar, daha uzaqlara gedib çıxıblar, onların variantlarını zədələməmək üçün romanda demək istədiklərimi publisistik müstəvidə təkrarlamağı düzgün saymıram.

- Təqdimatın ürəyincə oldu? Ümumiyyətlə, təqdimatlarda həmişə oxucu az, yazıçı, şair daha çox olur. Bu ni narahat edir?

- Təbii ki, narahat edir. Mən şəxsən təqdimat məsələsinin düzgün təşkili məsələsində acizəm, bilmirəm. Mən prodüserlik qabiliyyəti olan insanları bu işə çağırıram. İnanın, bu həm də biznesdi, menecer çatışmazlığı var, bu gün prodüserlik mərkəzi yaradıb həm kitabı dirçəltmək, həm də bunu bir biznes halına gətirmək olar.

Təqdimatıma gəlincə, gözlədiyim qədər oldu. Arzuladığım müəlliflərdən bir neçəsi öncədən romanı oxumuşdu, onların fikirlərini bilmiş oldum. Üçüncü kitabımın təqdimatında xeyli tanımadığım adam, yəni oxucu da iştirak etdi.

- "Su rgisi" romanından danışaq. Əri də oxudum. tta ilk mləni oxuyandan sonra davam etməistədim. Ancaq oxuyub bitirdim. Ümuməyaxşı romandı. Roman haqda bir neçə fikir slənib. Daha çox dil surlarını irad tuturlar. Çoxları da rdardan bu roman zləmirdi. Bu fikirlərə nasibətin necədi? ncə, urlu roman alıbmı?

- Bir cığal açıqlama eləyəcəm, bunu nə sizin, nə də oxucuların eqoizmə yozmasını istəməzdim.

Dünya ədəbiyyatından, dünya kinosundan, incəsənətdən xeyli nəticələr çıxarmış bir gənc kimi deyirəm, mən nə yazdığımı az-çox bilirəm. Məni əlinə yeni qələm almış bir şəxsin plastında mühakimə etmək, həvəskar müstəvidə tənqid etmək gülünc görünür.

Onu da deyim ki, bu romanı yazdığım ərəfədə bugünkü ədəbi mühit, tənqidçilər tam potensialı ilə gözümün qabağında olub.

Bir-iki şəxs istisna olmaqla, romanıma kimsənin effektiv işıq tutacaq bir yazı yazacağına inanmırdım. Ümumiyyətlə, etiraf edirəm ki, Azərbaycan yazıçısını lazımi müstəviyə qaldıracaq bir tənqidçi, ədəbiyyatşünas, naşir gözə dəymir, varsa da, potensiallarını hiss etdirmirlər.

Dil qüsurları məsələsilə bağlı tamam başqa fikirdəyəm.

Bəli, sənət "nə" yox, "necə"lik məsələsidir. Amma bu necəliyi cümlə quruluşunun formasında axtarmaq düzgün deyil. Cümləyə təbiət təşbehlərini "rajok"la doldurmaq yaxşı nəsr əsəri yaratmaq deyil mənə görə. Mətnin nəbzi situasiyanın, atmosferin necəliyində vurur. Təsvirin forması cümlənin ütülü olması ilə ölçülmür, səliqəli geyinmiş adam yalnız səliqəli geyinmiş adamdır.

Cümlələrin arxeik ifadələrlə, təbiət peyzajları ilə süslənməsi ən yaxşı halda koloritdi. Kolorit isə dünya ədəbiyyatında, kinosunda heç naxış kimi də diqqət çəkmir, bu yalnız bəzəkdir. Nəsrin üstündəki bəzəkdənsə, altına daha çox fikir vermək lazımdır. Mən bununla romanımın qüsursuz olduğunu demək istəmirəm.

Roman haqqında yazı yazan şəxslərə təşəkkür edirəm. Tənqidi mətnlər arasında məni hələ ki ən çox düşündürən yazı Elnarə Akimovanın məqaləsidir.

- Ərdə Sona hamilə qadındı, sevgilisinin erməni olduğunu biləndəsonra intihar etməistəyir. Onun sevgilisini niyə erməni elədin? Diqqət çəkmək üçün?

- Sona romanın fonudur. Necə ki, qadın həyatın fonudur. Qəhrəmanımın təmizlənmə prosesi həm də Sonaya və onun ermənidən yaranan uşağına olan münasibətində görünür. O, əvvəlcə Sonanın düşdüyü durumu iyrənc sayır, doğulacaq erməni uşaqla bir damın altında yaşamağı absurd görür. Romanın sonunda qəhrəmanın xəyalları ilə tanış olanda bunun əksini görürük. O, kənddə həmin körpə və Sonayla özünü bir yerdə təsəvvür edir, hətta atasının ağ tut ağacının ortasında calaq vurub yetişdirdiyi xar tut ağacının altında belə onlara yer verir. Hansı ki, bu ağac Şərq atasının oğlu üçün gördüyü gələcək, yeni dünyadır, qəhrəmanım öz yeni dünyasında irqi, milli ağrılıqdan xilas olmuş halda təsvir edilir.

- Çox ribədir ki, ərin Azərbaycan əbiyyatıkonkret vzularından nara çıxmışdı. Çoxları da bu fikri sləndirdi ki, rdarıromanı Azərbaycan romanı deyil, sanki Avropa romanıdı. Romanda buddist gəzişmələr, Sergi ataya göndərmələr, dahilərlə dialoqlar, sanki əsərin real qatından daha maraqlı alınıb...

- Mən bu məsələlər barədə nəsə deyə bilməyəcəyəm. Çünki romanı başqa gözlə oxuya bilmirəm. Müəllif kimi də oxuduqda, dediyiniz məqamları qiymətləndirmək mümkün olmur. Romanı şərh edərkən onu Skandinav, Avropa romanı, soyuq mətn adlandıranların, yəqin ki, bir əsası var. Amma mən bu romanı yazanda qarşıma belə bir  məqsəd qoymamışam. Yəni "bir şəhər romanı yazım", yaxud "Azərbaycan romanı yazmayacağam" kimi prinsiplərim olmayıb. Nə qədər şablon səslənsə də, mən də oxumaq istədiyim romanı yazmışam. Əksər səhnələrin oxucular üçün maraqlı olmayacağını düşünmüşdüm. Ancaq əksinə, elə həmin səhnələr daha çox ilgi çəkdi. Bu da həqiqətdir ki, yazı prosesində oxucu, tənqidçi basqısını unutmuşam. Yalnız özümə maraqlı mətn yazacağımı düşünmüşəm. Bilmirəm, bəlkə də, bu, düzgün deyil. Amma düşünürəm ki, müəllif öz əsərindən zövq almasa, onu kiminsə zövqünə hesablasa, uğur ordan iraq qalır. Yazı prosesi də bir növ seks kimidi, nə qədər öz zövqüncə davransan, qucağındakı da o qədər həzz yaşayacaq.

- Roman yazmağı davam etdirəcəksənmi? Bildiyin kimi, ölkədə romanlar az çap olunur...

- Əksər həmkarlar mətnin üstündə çox əsir, amma mən materialın xəyali halının, potensialının üstündə çox əsirəm, bəzən bu, illər çəkir. Kompüter arxasına keçənə qədər həmin ideya barədə xeyli düşünürəm. Yazı prosesi adətən bir il çəkir, amma xəyalqurma illərimi aparır. Ona görə, roman yazmağa, yəqin ki, davam edəcəyəm. Amma növbəti roman nə zaman hasil olacaq, deyə soruşsanız, cavab verə bilməyəcəyəm.

Ədəbiyyat qəzeti. Oğuz Ayvaz

17.01.2019

Qış kəpənəkləri


Cibində mandarin qabığı gəzdirən
duz qoxulu
sarı qız,
Gəl, günəşim ol.

Ürəyində nəsə var,
Ya da çantanda.
Yoxsa məni görəndə
Çiynindən sürüşüb
dirsəyində bənd olmazdı.

Arxamca qaç,
bir tin tapaq nəm qoxan
Silah kimi gəzdirdiyin
çətiri aç!
Gəl, evim ol.

Pəncərəmiz olsun çirkli divardakı “A4”lər
Elanlarda “çörək var və qril var”.
Heç nə lazım deyil başqa.
Döngələrdə zibil var. 

Özüylə danışıb Allaha and içən bu qoca
babamız olsun,
Elandan baxan leykoz uşaq
balamız olsun.
Qorxma, sağaldarıq, quzum.
Onsuz da
bütün xəstələrlə üst-üstə düşür qan qrupum.

Nəsə olmalıdır,
eşitmədiyimiz bir səs gəlməlidir hardansa.
Yanımda ol, sarı qız.

Sarı işığın düşsün
Boz çətirə gecələr
Bitməyəcək onsuz da
soyuq tire gecələr.

İlğım tənhalığı var
insanların qaynaşdığı küçələrdə
Bu insanlar kimlərinsə ilğımıdır,
Şəklə bax, nəsə demək istəyir
balamızın çöhrəsi:
insanlar bir-birinə nəzirədir,
ulduzlar da onların kölgəsi.

Sarı qız,
qızım var,
bir az sənə oxşayır,
bir az da anasına.

Mən qızımçün bir az gec darıxıram
Amma batıq yanaqları düşəndə xatirimə
heç kəsdə ağrımayan yerlərim sızıldayır.

Hamiləlik testində
nazik qoşa xətt kimi
uzanaq çətir altda.
Susaq xəcalət kimi

Sevmədən evləndik,
inanmadan namaz qıldıq, sarı qız.
Hər şeyin yaxşı olacağını düşündük,
bütün ölülər kimi.

Gözəllik gözdən yoluxur...
Bir adi sözdən yoluxur
Uşaqlar bizdən yoluxur
Qovur kəpənəklərini.

İndi yaz gələcək...
babamız öləcək.
Sən də çətirini bağla, sarı qız.
Aç-bağla, aç-bağla, aç-bağla...
Uç, bu nəzirə dünyadan.

İntihar nəğməsi

Günəş batır uzaqlarda.
Milyon səbəblə zillənmişəm göbələkli bir kötüyə...
Biri bir qəpiyə dəyməyən səbəblər...
Dümağ bəziləri, bəziləri süd rəngi.
İlahi... bu göbələklər...
görən...

Deyirsən, darıxıram, gəl.
Axı göbələkli kötüyə baxıram mən.
Üstəlik günəş batır. Anlayırsan?
Üstəlik milyon səbəb var içimdə.
Biri bir qəpiyə dəyməyən.

Deyirsən, qızımızın qızdırması var yenə.
Ara vermir, hey danışır, əldən düşür...
Tez gəl.

Başa düşürəm, həyəcanlısan,
bircə balamız var, o da od içində!
Ancaq məni də başa düş, nolar?
Axı, mən göbələkli bir kötüyə baxıram.
Üstəlik günəş batır...

Ana, bir vaxtlar
bulaq kimi qaynayan
(Ağlama nolar)
o evimizdə indi tənha qalmısan
Darıxırsan,
bir saniyə sussam, telefonun bu tayında,
o tayda səsin titrəyəcək,
bir az da sussam...
Üzün büzüşüb yumağa dönəcək,
Başa düşürəm,
bir vaxtlar uşaq səsindən durmaq olmurdu o evdə...
İndi tənhasan, üstəlik Günəş batır orda da.

Başa düşürəm, anam...
Nə olar, sən də oğlunu anla
Mən göbələkli bir kötüyə baxıram.

Günəş batır uzaqlarda...
Birazdan kölgəm düşəcək göbələkli kötüyün üstünə...