Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

9 мар. 2014 г.


Bu əsəri alimlər də sevir, yeniyetmələr də
Cek Londonun "Martin İden"i




 

Əgər o təsadüfi hadisə olmasaydı – kasıb matros Martin gəmidə varlı ailənin oğlu Arturu ölümcül davadan xilas eləməsəydi, həyatını sadə insan kimi yaşayaacaqdı. Bircə təsadüf nəticəsində Arturla tanış olan Martin günlərin biri onun bacısını görür. Və o an hiss edir ki, canını bürüyən hissi bu vaxtadək heç bir qadına qarşı duymayıb. Martin Rufa ilahi bir bir vurğinluqla aşiq olur. 
Rufgildən evə qayıdarkən Martin qızın çöhrəsindən elə keflənmişdi ki, polis onu sərxoş bilib saxlayır. Özünü kübar ailənin kübar qızına layiq etmək üçün Martin bütün gününü kitabxanalarda keçirir. Sadə matros günü gündən bilgilənən, son dərəcə qəıtiyyətlə məqsədinə addımlayan qəhrəmana çevrilir. Əvvəl şeirlər, bədii kitablar oxuyan Martin sonra fələsfi əsərlərə üz tutur. Daha sonra həyatının istiqamətini müəyyən edən Spensenin təkamül nəzəri bilgilərilə tanış olur.

O zamanlar matroslar kübar ailələr üçün arzuolunmaz kürəkən sayılırdı. Bu üzdən Rufun valideynləri üçün Martinlə qızlarının sevgili olması nəinki yolverilməz hətta təhqir idi. Ancaq onlar qızlarının tezliklə kasıb, kobud, intellektsiz saydıqları Martinlə ayrılacaqlarını təxmin edib, bir müddət bu bağlılığa göz yummağa qərar verirlər. Bu arada Martin dünya şöhrətli yazıçı olacağına əminliklə və təbiətindən doğan coşquyla müxtəlif səpkili yazılar yazmağa başlayır. Dənizdə qazandığı qəpik-quruşa məktub marka alaraq yazılarını müxtəlif redaksiyalara yollayır. Ancaq uzun müddətheç bir redaksiya onun yazılarını qəbul etmir. Ancaq o, yalnız Martin İdenə məxsus iradəylə peşəsinə davam edir - yazır.

Ruf isə ona bu işlə vidalaşmağı, yazı yazmaqla ailə saxlamağın mükünsüzlüyünü bildirir və atasının kontorunda quluqçu işləməyi məsləhət görür. Martin də öz növbəsində Rufa bildirir ki, o öz gücünə bələddir, tezliklə istəyinə çatacq, yəni dünya şöhrətli yazıçı olacaq . O qızdan bunun üçün 2 il vaxt istəyir. Beləcə iki illik razılıq müddəti start götürür.

Martin İden yazdığı şeirləri, hekayə və məqalələri Rufa oxuyurdu. Rufun bu yazılara münasibəti isə sabit idi: “Yaxşı yazmısan. Amma onları alan yoxdursa, niyə yazırsan?”
Ancaq dünyalar qədər sevdiyi insanın bu cür münasibəti belə Martininin yazmaq eşqini söndürmür.

Bu zaman ərzində Rufun atası Mister Morz isə  hər şənbə evində ziyafət təşkil edərək bura kübar təbəqədən ola gəncləri dəvət edir. Və təbii ki, onlarla bərabər məclislərə Martin də dəvət alır. Məqsəd Ruf üçün kübar zabit, natiq və digər varlı gənclərlə Martini müqayisə etmək şansı qazandırmaq və onlarla Martinin arasındakı nüfuz fərqini gözə soxmaqdır. Ancaq Martinin həmin kübar gənclərdən yeganə üstünlüyü onda idi ki, o kitablardan qazandıqlarını həyatda gördüklərilə sintez etmiş və gəldiyi ümümi nəticələr reallıqla vəhdət şəklini almışdır. Mükəmməl nəticələrini qarşısındakıları üzünə çırpmaq cəsarətini də Martinə çox güman ki, Sakit dənizin dəli dalğaları öyrətmişdi. Ona görə də Rufun gözündəki Martin obrazı günü gündən daha çox böyüyür və bərkiyirdi.
Ancaq zaman keçdikcə Martinin əsərlərindən pul qazana bilməməsi və onun günü gündən daha da müflisləşməsi Rufu ruhdan salırdı. Onlar arasında olan iki illik razılıq müddəti bitməsə də ətradakıların Martinə münasibəti, onun kübar qaydalara əməl etməməsi, rufun istəyinin əksi olaraq yazmağa davam etməsi onların münasibətini soyudurdu. 

Bu ərəfədə Martinin bəzi hekayələrə artıq redaksiyalar tərəfindən alınırdı. Lakin çox aşağı qiymətə. Təbii ki, bu durum da Rufu razı salmırdı. Elə bu məqam Martin həyatını dəyişəcək bir insanla – vərəmli bir şairlə tanış olur. Nəhayət o Martinin yazılarını və şeirlərini oxuyur və təntənə ilə deyir ki, Martin, sən şairsən! Boş ver jurnallar, qoy cəhənnəm olsunlar, gözəlliyi gözəllik naminə sev.

Bütün davranışları və ən əsası da qəzetlərin birində Martin haqqında həqiqətə uyğun olmayan, qeyri peşəkar müxbir tərəfindən qələmə alınan bir məqalə Rufla münasibətləri bərbad hala salır. Məqalədə Martin Rufgilin ailəsi üçün arzuolunmaz ideolji cərəyanın sosializmin nümayəndəsi kimi verilir və cəmiyyət üçün zərərli insan tipi kimi qeyd olunur. Bununla da Ruf laqeyd və narazı bir məktubla hər şeyin bitdiyini elan edir.

Bundan sonra isə Martinin həyatı dəyişir. Onun yazdığı əsərlər qəribə tərzdə populyarlıq qazanır. Ona qəzetlər bir-birinin ardınca yüksək məbləğdə qonarar verir. Təklif göndərdiyi nəşriyyatlar kifayət qədər qonarar ödəyərək onu  əsərlərini nəşr edir, hətta bu məbləğin bir az az olduğunu əsas gətirərərk üzrhaqlıq da bildirir.
Beləcə pul Martinin başınadan aşmağa başlayır. O isə bütün bunlara çox laqeyd yanaşır. Çünki artıq onun cəmiyyətə insana münasibəti dəyişmişdi. Burjua ailələri hətta həmin ailənin üzvlərindən olan Ruf da Martin üçün sehrini itirmişdi. O pullları hara xərcləyəcəyini bilmir. İkinci əldən krayə qaldığı evin birinci kirayənişini Mariya üçün ferma alır. Bir çox yaxınlarının arzularını qarşılayır. Artıq xarici ölkələrdə onun əsərləri çap olunurdu və onun pulunun sayı hesabı yox idi. Bütün kübar ailələr tərəfindən qonaqlıqlara dəvət olunurdu. 



Martini bir məqam narahat edirdi. O özünün həmin adam əvvəlki Martin olaraq qaldığının fərqində idi – yenə həmin cür əsərlər yazır, əvvəlki əqidəsini müdafiə edirdi. Ancaq cəmiyyətin kübar üzvləri ona gözəçarpacaq dərəcədə hörmət etməyə başlamışdı. Martin belə nəticəyə gəlir ki, demək ona hörmət etməyə başlayan insanların Martində dəyər verdikləri nəsnə onda əvvəldən olmayan bir şeydir. İndiki Martini əvvəlki Martinlə müqayisə etdikdə yaranan yeganə fərq isə, pul və şöhrətdir. Demək insanlar onun özünə yox, puluna və şöhrətinə sayqı göstərir. Elə bu düşüncə gənc Martini cəmiyyətdən küsdürür.

Küskün əhvalda oteldə bir nöqtəyə baxaraq durduğu axşamların birində Martinin yanına Ruf gəlir. Və ona bildiri ki, etdiyi hərəkətə görə peşmandı. Və hər şeyi yenidən başlamağa hazırdı. Valideynləri onun otelə, Martinin yanına gəldiklərini bilmirlər. Martin isə mənəvi sarsıntı keçirdiyini bildirir. Xəstə olduğunu deyir. Rufu yola saldıqda isə daha dəhşətli bir mənzərə ilə rastlaşır. Bir neçə gün öncə Martini Rufa yaxın buraxmayan qardaşı otelin tinində durub bacısın görüşdən dönməsini gözlədiyini görür. Qardaşı paltosunun yaxalığını qaldırsa da Martin onu tanıyır.

 Bundan sonra rahatlıq tapmayan Martin yalnız Sakir okeanda bir adada sakit yaşaya bilər. Bunun üçün səyahətə hazırlaşır. Onu şüuraltı sakit okeanın mavi suları cəlb edir. Səyahət zamanı da yaşam ona mənasız görünür sıxılır, son addımı atmaq üçün ona Suinberin şeiri kömək edir:

Nə var ki, çaylarda axıb keçərək,
Dəniz də lal, hamar görünəcəkdir.

Nə var ki, nə var ki, ürək, bu ürək
Gec, ya tez, əbədi susan ürəkdir.

Beləcə Martin İden özünü Sakit okeanın mavi sularına təslim edir... 





P.S. Martin son anda belə vəhşi heyvanların onu dişləməsindən və bu an onda yenidən həyat eşqinin yarana biləcəyindən qoxur. Nəfəsini buraxıb bacardığı qədər suyunun dərinliyinə gedir. Əzab hiss etdikdə bir anlıq bunun ölüm əzabı olduğunu düşünür. Sonra hiss edir ki, bu ölüm əzabı yox, həyatın son əzabıdır...

Комментариев нет:

Отправить комментарий