Sərdar Amin

-Ata, 20% torpaq nə qədərdir, bizim kənd boyda olar?

9 мар. 2014 г.


Biz oxşarıq


Biz oxşarıq sevgili,
Sən
kökləməyən bir kamanın simiydin
Tapammırdın kökləmədən çalan kəs
Mən də dəli kimiydim,
dedim,
xoşdur mənə çıxardığın səs.


Biz oxşarıq sevgili
Sən səhifəsən,
qiymətli kitabın qeyd yeri.
Mən də səhifəyəm,
sevgi şeiri,
çirkli bir kağız.
Sənin gözləntin qiymətli qələm,
mənimki sevgili barmaqlar,
alovlu ağız.


Biz oxşarıq sevgili
Adımız toranlıq.
Mən sübhəm ,
günəşin pişvazında.
amma sən məğrib,
qarşın qaranlıq - ayın ayazında.
Adımız toranlıq.


Biz oxşarıq sevgili,
Gözümüz həyata eyni bucaqdan baxır:
məndə 360, səndə sıfır.
Biri dünyanı qucub, biri qucaqdan baxır.
Amma eyni bucaqdan baxır.

 

Biz oxşarıq sevgili,
İkimiz də öldük,
mən edam edildim dar ağacında
sən intihar etdin bar ağacında.
Biz oxşarıq sevgili,
 ölümü də oxşarıq.


Комментариев нет:

Отправить комментарий